Amay”da öldürülən şəxs iş adamı imiş

HADİSƏ
16:57 / 15.08.2026
40

İyulun 30-da Xətai rayonunda bıçaqlanaraq öldürülən Orxan Yusubov iş adamı olub.

Hit.az “Unikal”a istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü O.Yusubov Xətai rayonunda yerləşən “Amay” Ticarət Mərkəzinin dayanacaq hissəsində qətlə yetirilib.

O, “Seaside estate” şirkətinin rəhbəri olub.

Mərhumun qardaşı Elcan Yusubovun verdiyi məlumata görə, hadisəni törətməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Sabir Camalov onun qardaşının keçmiş işçisi imiş. Aralarında narazılıq yaranandan sonra onlar ayrılıblar və təqsirləndirilən şəxs özünə “Sabir Əmlak” adlı şirkətini qurub.

0