Beyləqanda bir nəfər kanalda batdı

HADİSƏ
11:28 / 16.08.2026
35

Qarabağ kanalında bir nəfər batıb.

Bu barədə HİT.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qarabağ kanalının Beyləqan rayonu, İkinci Aşıqlı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

0