Astarada dənizdə "boğulan" 5 uşaq atası xaricə gedibmiş

HADİSƏ
16:00 / 22.08.2026
46

Avqustun 19-da saat 19 radələrində Masallı rayon sakini 36 yaşlı Elmar Məmmədlinin Xəzər dənizinin Astara şəhəri ərazisindəki çimərliyində boğulması, meyitinin isə suda itkin düşməsi barədə polisə məlumat daxil olub.

HİT.az-ın məlumatına görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri müvafiq tədbirlərlə həmin şəxsin suda boğulmadığı, avqustun 20-də hava yolu ilə ölkə hüdudlarını tərk etdiyi müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, üç gün öncə Astara şəhərinin “Bulvar” ərazisində bir nəfərin Xəzər dənizində batması barədə məlumat daxil olub. Masallı rayonunun Kosagül kənd sakini olan 1990-cı il təvəllüdlü Elmar Bəybala oğlu Məmmədli yaxın qohumları ilə çimmək üçün dənizə gəldiyi qeyd edilib. Elmar Məmmədli ailəlidir və 5 uşaq atasıdır.

0