Bayram Məmmədovun qardaşının ölüm səbəbi açıqlandı

HADİSƏ
14:56 / 24.08.2026
34

Avqustun 1-də anasını qətlə yetirməkdə şübhəli bilinərək həbs edilən Elvin Məmmədovun ölüm səbəbi məlum olub.

Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Sabunçu Tibb Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 21.08.2026-cı il tarixində saat 14:40 radələrində 1992-ci il təvəllüdlü şəxs (kişi) Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməkdaşlarının müşayiəti ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub: “Pasiyentə beyin-qan dövranının işemik insult tipli pozulması diaqnozu təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 23.08.2026-cı il tarixində saat 16:00 radələrində onun bioloji ölüm faktı qeydə alınıb”.

Qeyd edək ki, Elvin Məmmədov “NİDA” Vətəndaş Hərəkatının üzvü olan, 2021-ci ildə İstanbulda vəfat edən Bayram Məmmədovun qardaşıdır.

0