Son iki ayda 39 nəfəri gün vurub

HADİSƏ
23:34 / 31.08.2026
39

Cari ilin iyul-avqust aylarında 39 nəfəri gün vurub.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. 

“09.07.2026-18.08.2026-cı il tarixlərində günvurma ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 8 nəfəri (3 qadın cinsli, 5 kişi cinsli) 18 yaşdan aşağı şəxslər, 31 nəfəri isə (14 qadın, 17 kişi) olmaqla, ümumilikdə 39 nəfərin müraciəti daxil olub”,-deyə verilən açıqlamada qeyd edilib.

Həmçinin bildirilib ki, müraciət edən 17 nəfər tibb müəssisələrinə təxliyə edilib, digər şəxslərə isə yerində ilkin tibbi yardım göstərilib. 

0