“Dedi ki, qardaşım da yaralıdır” - Bakıdakı dəhşətli hadisənin TƏFƏRRÜATI

HADİSƏ
19:40 / 02.09.2026
39

Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində 36 yaşlı Rafael Qurbanovun bacısına və özünə xəsarət yetirməsinin təfərrüatı məlum olub.

Belə ki, R.Qurbanovun özünə xəsarət yetirmək istədiyi, bu zaman 32 yaşlı bacısı Sura Qurbanovanın ona mane olmağa çalışdığı bildirilir.

Hadisə zamanı Rafael Qurbanov bacısının kürək və qarın nahiyələrinə bıçaqla xəsarət yetirib.
Yaralı qadına qonşuları tərəfindən ilkin tibbi yardım göstərilib.

"Qızı götürüb evə gəldim. Yarasına tampon qoyanda dedi ki, qardaşım da yaralıdır. Soruşdum ki, necə yəni yaralıdır? Dedi ki, özünü kəsdi. Sonra anası gəldi. Ona dedim ki, oğlunu axtarsın, görsün hansı tərəfdədir, ona da yardım etsin", - hadisə şahidi deyib. 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, sentyabrın 1-i saat 15 radələrində iki nəfər (bir qadın, bir kişi) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir".

Daha ətraflı Baku TV-nin videomaterialında:

0