15 yaşlı qız evlənmək məqsədilə qaçırıldı

HADİSƏ
14:51 / 02.10.2026
89

Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib.

2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib.

Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib.

Ailə üzvləri qızın qaçırılması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Faktla bağlı araşdırma aparılır. Onun yerinin müəyyən edilərək tapılması istiqamətində zəruri tədbirlər görülür.

0