Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi

HADİSƏ
15:15 / 03.10.2026
104

Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib.

HİT.az Lent.az-a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərində sui-istifadədə ittiham olunur.

Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək, zərərçəkənə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi açılıb.

Nərimanov Rayon Məhkəməsində hakim T.Musayevin sədrliyi ilə keçirilən prosesdə A.Məmmədov 2 il dövlət və özəl yerli idarəetmə orqanlarında rəhbər vəzifə tutmaq qadağan edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Məlumata görə, onun rəhbərlik etdiyi şirkət Bakıda 100 kvadrat metr yaşayış yerini söküb, lakin zərərçəkənə heç bir ödəniş etməyib.

0