Biləsuvarda 26 yaşlı şəxs öldürüldü - Xalası oğlu şübhəlidir

HADİSƏ
10:02 / 05.10.2026
56

Biləsuvar rayonunda qətl hadisəsi olub. Hadisə rayonun Nəsimikənd kəndində qeydə alınıb.  

Belə ki, kənd sakini 2000-ci il təvəllüdlü Soltanlı Milan Loğman oğlu bıçaqlanıb.

O, aldığı ağır xəsarətlərdən xəstəxanaya aparılarkən yolda həyatını itirib. Hadisədə onun xalası oğlu Mehdiyev İlkin Anar oğlu şübhəlidir.

Qafqazinfo-nun əldə etdiyi məlumata görə, əməli törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü İlkin Mehtiyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

0