"BMW M5"lə Heydər Məscidinin yanında avtoxuliqanlıq etdi - Həbs olundu

HADİSƏ
23:15 / 09.10.2026
46

Bakıda “BMW M5” markalı avtomobillə avtoxuliqanlıq edən sürücü inzibati qaydada həbs edilib.

Qaynarinfo xəbər verir ki, 2006-cı il təvəllüdlü E.R. Heydər Məscidinin yaxınlığında avtomobili qəfil sürətləndirərək avtoxuliqanlıq edib. Hadisə təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Məhkəmədə E.R. avtomobili yeni aldığını və mühərrikinin böyük olması səbəbindən idarəetmədə çətinlik çəkdiyini bildirib. O, avtomobili qəsdən sürətləndirmək niyyətinin olmadığını desə də, məhkəmə onun əməlini avtoxuliqanlıq kimi qiymətləndirib.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə E.R. 15 gün müddətinə inzibati həbsə məhkum edilib. Bundan əlavə, onun nəqliyyat vasitələrini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

0