Ukrayna hərbçiləri İran istehsalı 14 “Şahid” məhv ediblər

HƏRBİ
10:05 / 04.04.2023
1036
Ötən gecə Rusiya ordusu İran istehsalı “Şahid-136” və “Şahid-131” zərbə dronlarından istifadə edərək cənubdan Ukraynaya hücum edib. Hit.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb. “Ümumilikdə, ehtimal ki, Azov dənizinin şərq sahili ərazisindən 17-yə qədər PUA-nın buraxılışı qeydə alınıb”, - məlumatda qeyd olunub. Ordunun bildirdiyinə görə, müdafiə zamanı İran istehsalı 14 dron məhv edilib.
0