Oliksiy Reznikov: “Ukrayna ordusu düşmənin müdafiəsini yarmağa hazırlaşır”

HƏRBİ
14:53 / 05.04.2023
961

“Müasir texnologiyalardan istifadə etməklə düşmənin müdafiəsini yarmağa hazırlaşırıq”.

Hit.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Oliksiy Reznikov deyib.

Onun sözlərinə görə, Ukrayna müdafiə qüvvələri əks-hücuma hazırlaşır: “Amma əks-hücum əməliyyatlarına nə vaxt başlayacağımız dəqiq deyil. Bu, xüsusilə hava şəraitindən asılıdır”.

O.Reznikov bildirib ki, əks-hücum əməliyyatları ilə bağlı konkret tarixi Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı seçəcək.

Xatırladaq ki, daha əvvəl Reznikov ehtimal edilən əks-hücum əməliyyatlarının aprel-mart ayında baş tuta biləcəyini söyləmişdi.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski də Silahlı Qüvvələrin əks-hücum əməliyyatına hazırlaşdığını bildirib.

0