Rusiya ordusu Donetski atəşə tutub, 5 mülki şəxs ölüb, 9 nəfər yaralanıb

HƏRBİ
12:43 / 06.04.2023
945

Rusiya ordusu ötən gecə Ukraynanın Donetsk vilayətini atəşə tutub.

Hit.az xəbər verir ki, bunu Donetsk Hərbi Administrasiyanın rəhbəri Pavel Kirilenko teleqramda yazıb.

O bildirib ki, hadisə nəticəsində 5 nəfər mülki şəxs ölüb, 9 nəfər yaralanıb.

P.Kirilenko itkilərin sayının dəqiqləşdirildiyini söyləyib.

0