PKK terror qruplaşmasının beynəlxalq axtarışda olan rəhbər şəxslərindən daha biri zərərsizləşdirilib.
Hit.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu tviterdə yazıb.
O bildirib ki, hüquq-mühafizə orqanları terrorçunun Türkiyənin Hakkari şəhərində gizləndiyi mağaralardan birində əməliyyat keçirib və terrorçu məhv edilib.
Lakin terrorçunun adı açıqlanmayıb.


