Pentaqon Tayvana 3 milyard dollarlıq hərbi yardım ayırmağı planlaşdırır

HƏRBİ
10:45 / 08.04.2023
1040
Pentaqon Tayvana illik 3 milyard dollarlıq hərbi yardım ayırmaq üçün ABŞ Konqresindən icazə istəyib. Bu barədə Hit.az “Defence news”a istinadən xəbər verir. Konqres Tayvana illik hərbi yardım üçün cəmi 3 milyard dollara icazə verib, lakin 2023-cü maliyyə ili xərclər qanun layihəsində vəsaiti təsdiqləməyib. ABŞ müdafiə naziri Lloyd Ostin bildirib ki, Pentaqon Bayden administrasiyasının Ukraynaya hərbi texnika ötürərkən istifadə etdiyi mexanizmə istinad ədəcək: “Komandam bu xüsusi azalmada düzgün imkanlara malik olduğumuzdan əmin olmaq üçün çox çalışır. Və təbii ki, bizim belə səlahiyyətlərimiz var”.
0