ABŞ Silahlı Qüvvələri nüvə hazırlığını yoxlamaq üçün sabah təlimlərə başlayacaq

HƏRBİ
19:03 / 10.04.2023
903
ABŞ Silahlı Qüvvələrinin İllik Strateji Komandanlığı nüvə qüvvələrinin hazırlığını yoxlamaq üçün bu həftə təlimlərə başlayacaq. Hit.az xarici KİV-ə istinadən xəbər verir ki, “Global Thunder 23” adlı təlimə sabah, aprelin 11-də start veriləcək. Məlumata görə, bu cür təlimlər hər il keçirilir və heç bir dövlətin hərəkətlərinə cavab deyil. Təlimlərin əsas məqsədi nüvə qüvvələrinin hazırlığının və strateji çəkindirmə imkanlarının yoxlanılmasıdır. Təlimlərdə ABŞ-ın əsas müttəfiqləri, o cümlədən Böyük Britaniya iştirak edəcək
0