ABŞ-da səfərdə olan Azərbaycanın müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov ölkəmizin Vaşinqtondakı səfirliyinin inzibati binasını ziyarət edib.
R.Tahirov səfir Xəzər İbrahimlə və səfirlik əməkdaşları ilə görüşüb.
Sonda qonaqlar xatirə fotosu çəkdiriblər.
Bundan əvvəl general-leytenant R.Tahirov ABŞ Hərbi Hava Qüvvələrinin komandanı ordu-generalı Çarlz Braun ilə görüşüb. Tərəflər hərbi əməkdaşlığın cari vəziyyəti və regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparıb.


