Türkiyənin ilk pilotsuz təyyarəsinin istifadəyə veriləcəyi tarix açıqlanıb

HƏRBİ
13:43 / 11.04.2023
962

Türkiyənin “Qızıl alma” pilotsuz təyyarəsi 2025-ci ildə istifadəyə veriləcək.

Hit.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar Prezident Rəcəb Tayyib Ərdoğanla danışığı zamanı məlumat verib.

O, indiyədək 2 “Qızıl alma”nın istehsal olunduğunu da xatırladıb.

S.Bayraktar həmçinin bildirib ki, “Bayraktar TB-3” PUA-sı 2024-cü ildə istifadəyə veriləcək: “Bu müddət ərzində sınaq uçuşları həyata keçiriləcək”.

Qeyd edək ki, “Qızıl alma” Türkiyənin ilk pilotsuz təyyarəsidir. Bu texnika ilk dəfə ötən ilin martında təqdim olunmuşdu.

0