Ermənistan silahlı bölmələri Laçında ekskavatoru atəşə tutub

10:34 / 08.05.2023
455
Mayın 8-i saat 09:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Laçın rayonu ərazisində şərti sərhəddə ekskavatorumuzu atəşə tutub.
 
Bu barədə HİT.az-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
 
Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.
 

0