MN: "Ermənistan növbəti təxribata zəmin yaratmağa cəhd göstərir"

HƏRBİ
10:36 / 11.05.2023
571

Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirən Ermənistan silahlı qüvvələri bölmələrinin aktivliyi tərəfimizdən müşahidə edilir.

Bu barədə Valyuta.az-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Bununla qarşı tərəf növbəti təxribata zəmin yaratmağa cəhd göstərir.

"Bir daha bildiririk ki, bölgədə yaranmış gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda qeyd olunub.

0