Zod istiqamətində Azərbaycan Ordusunun mövqeləri minaatanlardan atəşə tutuldu

HƏRBİ
18:02 / 12.05.2023
663

Mayın 12-si saat 17:15-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutub.

Bu barədə HİT.Az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülür.

Şəxsi heyət və texnika baxımından itkimiz yoxdur.

0