Azərbaycan Ordusunun əsgərini ildırım vuraraq öldürüb - YENİLƏNİB

HƏRBİ
10:23 / 24.05.2023
444

"Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Məmmədli Davud Fuad oğlunun xidmətdə olarkən baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik".

Bu barədə HİT.az-a Müdafiə Nazirliyindən bildirilib.

Bildirilib ki, faktla bağlı araşdırma aparılır. 

"Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!", - məlumatda bildirilib.

09.49

Azərbaycan Ordusunun hərbi qulluqçusu Davud Məmmədlini ildırım vuraraq öldürüb.

"Report" xəbər verir ki, hadisə Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Davud Fuad oğlu Məmmədli xidmətdə olarkən ildırım vurması nəticəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Allah rəhmət eləsin!

0