MN: "Azərbaycan Ordusu Arazdəyəndəki metallurgiya zavoduna atəş açmayıb"

HƏRBİ
13:28 / 14.06.2023
379

Azərbaycan Ordusunun bölmələrinin guya Arazdəyən istiqamətində metallurgiya zavoduna atəş açması və iki nəfərin yaralanması barədə Ermənistan tərəfinin yaydığı məlumatı qəti surətdə təkzib edirik.

Bu barədə HİT.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edək ki, Ermənistan tərəfi guya Azərbaycanın Ordusunun atəşi nəticəsində Arazdəyəndə metallurgiya zavodunun tikintisində çalışan iki Hindistan vətəndaşının yaralandığı barədə məlumat yayıb.

0