"Ermənistanın təxribatı sülh prosesinə qarşı reaksiyadır"

HƏRBİ
10:10 / 16.06.2023
625

"Ermənistanın son təxribatı sülh prosesinə qarşı bir reaksiyadır".

Bu sözləri HİT.az-a açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib.

O, ABŞ-ın da Azərbaycanın antiterror əməliyyatına başlaya biləcəyini açıqladığını xatırladıb:

328174

"Ötən gün ABŞ-dan yayılan açıqlamada Qarabağdakı separatçıların Rusiyanın sülh prosesindəki dəstəyinə zərbə vurduğu bildirib. Həmçinin, rəsmi Bakının haqlı mövqeyinə əməl edilməzsə, Azərbaycanın antiterror əməliyyatlarına başlaya biləcəyi vurğulanıb. Bunun ardınca isə hansı proseslərin yaşandığını gördük. Yəni bu açıqlamadan sonra Laçında çox ciddi bir qarşıdurma yaşandı. Hətta hücum Azərbaycan bayrağını qaldırarkən oldu. 

Ümumiyyətlə, detallara varmadan mahiyyətə baxsaq görərik ki, Qarabağdakı separatçıların sülh danışıqları ilə bağlı güclü reaksiyaları var. Bununla yanaşı, Ermənistanın Baş naziri Nikol Paşinyana tabe olmayan ordu ənənəvi şəkildə təxribatlara əl atır".

Pərviz

0