Sement zavodu ilə şirkət arasında alqı-satqı mübahisəsi

HƏRBİ
22:52 / 26.07.2023
725

“Arkoz Qazax Sement Zavodu” MMC ilə “ACE” MMC arasında alqı-satqı müqaviləsi üzrə mübahisə yaranıb.

Hit.az xəbər verir ki, adıçəkilən şirkətlər arasında mübahisə dərinləşib və iş məhkəməyə qədər uzanıb.

İddianı “Arkoz Qazax Sement Zavodu” MMC qaldırıb. Zavodun iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatındadır.

Məsələnin təfərrüatları barədə açıq mənbələrdə məlumat yoxdur. 

Bəzi iddialara görə, “ACE” MMC-nin zavoda borcu yaranıb. Bunu şirkətlə dəqiqləşdirmək mümkün olmayıb.

Anar

0