MN: Erməni silahlı dəstələri Füzuli istiqamətində mövqelərimizi atəşə tutub

HƏRBİ
09:47 / 29.08.2023
801

Avqustun 28-i saat 23:50-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə HİT.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

0