Erməni silahlı dəstələrinin yeni səngər yolları qazmaq cəhdinin qarşısı alınıb

HƏRBİ
13:34 / 06.09.2023
1060

Sentyabrın 6-sı saat 12:10 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Bu barədə HİT.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

"Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - məlumatda vurğulanıb.

0