Azərbaycan Ordusunun Gədəbəydəki mövqeləri atəşə tutuldu

HƏRBİ
14:50 / 14.09.2023
412

Sentyabrın 14-ü saat 13:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Dərə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Daryurd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu barədə HİT.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

0