Sülhməramlıların neçə müşahidə məntəqəsi bağlanıb? - Ən son məlumat

HƏRBİ
13:18 / 15.10.2023
798

Sülhməramlıların Qarabağda 8 müşahidə məntəqəsi və 15 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.

Publika.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Federasiyasının Müdafiə Nazirliyi yayıb.

“Rusiya Federasiyasının Müdafiə Nazirliyi bildirir ki, 2023-cü il sentyabrın 19-dan Əsgəran, Ağdərə, Xocavənd və Şuşa rayonlarında 8 müşahidə məntəqəsi və 15 müvəqqəti müşahidə məntəqəsi bağlanıb”, - məlumatda deyilir.

0