Separatçılar antiterror tədbirlərində nə qədər itki verdilər? - Beqlaryan AÇIQLADI

HƏRBİ
22:26 / 21.11.2023
322

Azərbaycan Ordusunun 19-20 sentyabr tarixlərində Qarabağda həyata keçirdiyi antirrror tədbirləri zamanl separatçılar 230-a yaxın qurban verib.

Modern.az-ın məlumatına görə, bunu özünü buraxmış qondarma “Artsaxın keçmiş nümayəndəsi” Artak Beqlaryan Ermənistan mətbuatına bildirib. Onun sözlərinə görə, daha 220 nəfər Xankəndidəki yanacaqdoldurma məntəqəsindəki partlayış nəticəsində ölüb.

Artak Beqlaryan deyib ki, Ermənistan İstintaq Komitəsinin son məlumatına görə, 19-20 sentyabr tarixli antiterror tədbirləri nəticəsində itkin düşən separatçıların sayı 42 nəfərdir.

“Bütün məlumatlar ilkin və təxminidir və DNT araşdırması, tam və rəsmi siyahı başa çatdıqdan sonra dəqiq rəqəmləri söyləmək mümkün olacaq”, - Artak Beqlaryan bildirib.

0