Mirzoyan Ermənistanda başqa mina xəritələrinin olduğunu etiraf etdi

HƏRBİ
16:04 / 23.01.2024
391

Ermənistan minalı ərazilərin yeni xəritəsini Azərbaycana verə bilər.

HİT.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında deyib.

O bildirib ki, Qarabağda minalı ərazilərlə bağlı yeni məlumatların əldə edilməsi istiqamətində iş aparılır.

Nazir həmçinin Ermənistan-Azərbaycan delimitasiya komissiyalarının növbəti görüşü barədə razılıq əldə olunduğunu bildirib.

Mirzoyan xatırladıb ki, ötən il iyul və noyabr aylarında sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi ilə bağlı komissiyaların görüşü keçirilib.

0