“Minaların basdırıldığı ərazilərə nəzər yetirəndə məlum olur ki, ermənilərin məqsədi dinc insanların öldürülməsidir”.
Bu fikri Hit.az-a siyasi şərhçi Mətin Məmmədli deyib.
O bildirib ki, Azərbaycan tərəfi dəfələrlə mina xəritələrinin yerini Ermənistandan tələb edib. Onların verdiyi mina xəritələrinin təxminən 20 faizi düzgün olub:
“Bu fakt bir daha onu göstərir ki, Ermənistan tərəfi digər məsələlərdə olduğu kimi yenə də qeyri-konstruktiv movqe nümayiş etdirdi”.
Qeyd edək ki, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan dünyada mina problemindən ən çox zərər çəkən dövlətlərdəndir.
Sevinc