Həlak olan hərbçiyə şəhid statusu verilə bilər

HƏRBİ
14:11 / 16.07.2024
171

Ötən gün bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçu Abbasov Yunis Vasif oğluna şəhidlik statusu hərbi hissə tərəfindən təqdim edilən müvafiq arayış əsasında verilə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib.

O qeyd edib ki, həyatını itirən Azərbaycan Ordusunun hərbi qulluqçusuna şəhidlik statusu hərbi hissə tərəfindən təqdim edilən bildiriş əsasında verilir:

"Belə bildiriş daxil olarsa şəhid statusu verilə bilər".
 

0