Dünyanın ən güclü orduları: Azərbaycan neçənci yerdədir?

HƏRBİ
11:55 / 29.07.2024
440

2024-cü il üçün dünyanın ən güclü ordularının reytinqi açıqlanıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə ölkələrin hərbi gücləri haqda məlumatları təhlil edən ABŞ şirkəti “Global Firepower” məlumat yayıb. 

Azərbaycan Orusu siyahının 59-cu pilləsində yer alıb. Ermənistan ordusu isə 102-ci sırada qərarlaşıb. 

İlk "onluq"da ardıcıl olaraq ABŞ, Rusiya, Çin, Hindistan, Cənubi Koreya, Böyük Britaniya, Yaponiya, Türkiyə, Pakistan və İtaliya yer alıb.

Rusiya ilə müharibə aparan Ukrayna 18-ci yerdə qərarlaşıb. Qonşularımızdan İran 14-cü, Gürcüstan 84-cü pilləni tutur. 

Fransa ordusu ilk "onluq"dan kənarda qalıb və 11-ci yerlə kifayətlənib.

100 ordunun yer aldığı siyahının son 3 pilləsini Qırğızıstan, Latviya və Kot-d'İvuar tutur.

0