Prezident üç polkovnikə "general-mayor" rütbəsi verdi - SƏRƏNCAM

HƏRBİ
11:45 / 17.08.2024
562

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında" Sərəncam imzalayıb.

HİT.az xəbər verur ki, Sərəncamla Dövlət Sərhəd Xidmətinin (DSX) aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:

polkovnik Bəhmən Rza oğlu Babayevə
polkovnik Əyyub Vəli oğlu Məmmədova
polkovnik Nəsib Tahir oğlu Mirzəyevə.
 

0