Azərbaycanın xüsusi təyinatlıları Qazaxıstanda təlimdə iştirak edir

HƏRBİ
15:51 / 09.09.2024
93

"Azərbaycan və Qazaxıstan Müdafiə Nazirlikləri arasında 2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı"na əsasən, Qazaxıstanda "Sonsuz qardaşlıq - III" çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilir.

Bu barədə HİT.az-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunun xüsusi təyinatlıları təlimdə iştirak etmək üçün Qazaxıstanda səfərdədir. Məlumata görə, Türküstan vilayətində yerləşən Orda poliqonunda keçirilən təlim sentyabrın 19-dək davam edəcək.

0