Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutuldu

HƏRBİ
09:27 / 12.09.2024
168

Ermənistan silahlı qüvvələri atəşkəsi yenidən pozub.

Bu barədə HİT.az-a Müdafiə Nazirliyindən bildirilib.

Bildirilib ki, sentyabrın 12-si saat 00:15-dən 01:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Horadis yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

0