Britaniya ilk dəfə Azərbaycanda hərbi attaşe təyin etdi

HƏRBİ
10:41 / 14.03.2025
58

Böyük Britaniya ilk dəfə Azərbaycanda hərbi attaşe təyin edib.

Diplomatik nümayəndəlikdən HİT.az-a bildirilib ki, bu vəzifəyə Gevin Tarbard təyin edilib.

"Biz Gevin Tarbardın təyin olunmasını elan etməkdən məmnunuq. Bu, Britaniya-Azərbaycan tərəfdaşlığının güclənməsini vurğulayan tarixi bir addımdır və müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq üçün yeni imkanlar açacaq", - diplomatik nümayəndəlikdən bildirilib.
 

0