Azərbaycanda 4 700 üztanıma kamerası istismar olunur

HƏRBİ
11:19 / 14.03.2025
55

Respublika üzrə 4 700 üztanıma kamerası mövcuddur.

"Report" xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.

Milli Məclisin bugünkü plenar iclasında hökumətin müzakirəyə çıxarılan hesabata əsasən, onlardan 4 200-ü Bakı şəhəri üzrə istismar olunur:

“Videomüşahidə vasitələrinin tətbiqi ilə 24 min 100, o cümlədən 22 min 300 yol-nəqliyyat hadisəsi, 203 ictimai asayişin pozulması faktı, 1400 yanğın və digər hadisə müəyyən edilib. Axtarışda olan 141, digər nəqliyyat vasitəsinə verilmiş qeydiyyat nişanı ilə idarə edilən 21 avtomobil müəyyənləşdirilib”.

0