Azərbaycan Ordusunun mövqeləri Tovuzqala istiqamətindən atəşə tutuldu

HƏRBİ
09:01 / 10.04.2025
116

Aprelin 9-u saat 23:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsüskənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə HİT.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", - nazirlikdən əlavə olunub.

0