Elçin Quliyev generalı işdən çıxardı - Yeni təyinat

HƏRBİ
15:58 / 17.05.2025
91

Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının rəis əvəzi general-mayor Faiq Məmmədov vəzifəsindən azad olunub.

HİT.az Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə DSX rəisi, general-polkovnik Elçin Quliyev əmr imzalayıb.
 
Məlumata görə, Faiq Məmmədov DSX Aparatında əvvəlki vəzifəsinə qaytarılsa da, sonradan təqaüdə göndərilib.
 
Qeyd edək ki, o, 2024-cü ilin oktyabrında DSX (DSX) Akademiyasının rəisi general-mayor Azər İbrahimov vəzifəsindən azad edildikdən sonra bu vəzifəni icra edirdi.
 
Məlumata görə, Elçin Quliyevin digər əmri ilə general-mayor Ramin Bağırov DSX Akademiyasının rəisi təyin edilib.
 
Faiq Məmmədov
Ramin Bağırov
0