Kəlbəcərdə minaya düşən hərbçimizin vəziyyəti açıqlandı - RƏSMİ/YENİLƏNİB

HƏRBİ
14:01 / 29.05.2025
110

Hərbi qulluqçumuz Kəlbəcər rayonunda minaya düşüb.

HİT.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, mayın 29-da saat 10:10 radələrində Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin əraziləri mina və partlamamış döyüş sursatlarından təmizləməsi zamanı hərbi qulluqçumuz Sadıqov Xudaverdi Həsən oğlu ermənilər tərəfindən basdırılmış piyada əleyhinə minaya düşərək sol ayağından xəsarət alıb: 

"Dərhal ilkin tibbi yardım göstərilən hərbi qulluqçumuz ixtisaslı müayinə və müalicə olunması üçün yaxınlıqdakı hərbi hospitala təxliyə olunub".

13:17

Kəlbəcərdə minaya düşən hərbi qulluqçumuz Xudaverdi Sadıqovun vəziyyəti açıqlanıb.

Müdafiə Nazirliyindən HİT.az-a verilən məlumata görə, hərbi hospitala yerləşdirilən X.Sadıqovun vəziyyəti kafi qiymətləndirilir.

 

0