Goranboyda 45 yaşlı kişi minaya düşüb.
Hit.az-ın məlumatına görə, hadisə rayonun Qaraçinar kəndi ərazisində qeydə alınıb.
Belə ki, Kəlbəcər rayon sakini, 1980-ci il təvəllüdlü Qalib Kamran oğlu Abbasov mina partlayışı nəticəsində ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Onun mal-qara otaran zaman minaya düşdüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.