Prezident general-leytenantın və iki polkovnikin rütbəsini artırdı

HƏRBİ
12:45 / 16.08.2025
54

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib.

Hit.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla general-mayor Babək Vahid oğlu Qurbanova “general-leytenant”, polkovnik Ceyhun Həsən oğlu Nəbiyev və polkovnik Azər Əliyusif oğlu Şirinova isə “general-mayor” ali hərbi rütbəsi verilib.

0