Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.
Zaqatala rayon Yuxarı Çardaxlar kənd sakini, Elnur İbrahim oğlu Əliyev Rusiya ordusunda Ukraynaya qarşı vuruşub.
Bir neçə gün əvvəl gedən şiddətli döyüşlərdə Elnur Əliyev həyatını itirib.
Onun cənazəsi ötən gün Zaqatalaya gətirilib və doğulduğu Yuxarı Çardaxlar kəndində torpağa tapşırılıb.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri 10-a yaxın Zaqatala sakini döyüşlərdə ölüb.//Lent.az