Əsgərin müalicə olunduğu hospitalda ölməsi ilə bağlı araşdırma aparılır

HƏRBİ
14:37 / 18.12.2025
52

Hərbi Prokurorluqda 21 yaşlı əsgər Əli Cəfərovun ölüm faktı üzrə araşdırma aparılır.

Bu barədə HİT.az-a Hərbi Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Əli Vahab oğlu Cəfərovun xəstəlikdən müalicə olunduğu hospitalda 15.12.2025-ci il tarixdə vəfat etməsi faktı əsasında Bakı Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən müvafiq istintaq hərəkətləri aparılıb.

“Ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər prosessual tədbirlər icra edilib. Faktla bağlı hazırda araşdırma davam etdirilir”, - məlumatda vurğulanıb.


 

0