Rusiya-Ukrayna müharibəsində daha 2 azərbaycanlı həlak olub.
Modern.az xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynada gedən müharibədə iştirak edən 1993-cü il təvəllüdlü Cavidan Maqsud oğlu Əbdülrzayev və 2005-ci il təvəllüdlü Cəlal Zeynal oğlu Zeynalov həlak olublar.

"Unikal"ın məlumatına görə isə Vətən müharibəsi qazisi Rusiya-Ukrayna müharibəsində həlak olub. Belə ki, Rusiya ordusunun sıralarında döyüşlərdə iştirak edən 25 yaşlı Fərid Əfəndizadə həyatını itirib.
Mərhumun ötən gün Ağdaş rayonunda dəfn edilib. Fərid Əfəndizadə 44 günlük Vətən müharibəsində iştirak edib və yaralanıb. 3-cü qrup müharibə əlili idi.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsində bu günə qədər hər iki tərəfdən yüzlərlə azərbaycanlı həlak olub və yaralanıb.


