Müdafiə Nazirliyindən əhaliyə xəbərdarlıq

HƏRBİ
16:57 / 31.03.2026
39

Azərbaycan Ordusunun balansında olan və istismar müddəti başa çatmış, istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək.

Bu barədə Hit.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, məhvetmə prosesi martın 31 və aprelin 3-də təhlükəsizlik qaydalarına riayət olunmaqla Ağdərə rayonu ərazisindəki təlim mərkəzində həyata keçiriləcək.

 

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, - nazirlikdən bildirilib.

0