"Forbes" maliyyə-iqtisadiyyat jurnalı dünyanın ən bahalı idman klublarının reytinqini tərtib edib.
Fanat.Az xəbər verir ki, NFL təmsilçisi "Dallas Kovboyz" 5,5 milyard dollarlıq dəyəri ilə sıralamaya başçılıq edir. "Nyu-York Yankis" beysbol klubu ikinci, NBA-da çıxış edən "Niks" isə üçüncüdü.
Futbol klubları içərisində lider "Real"dı (4,24 milyard dollar). Madrid təmsilçisi ümumi sıralamada 6-cıdı.
"İlk onluq" belədi:
1. "Dallas" (ABŞ, amerikan futbolu) - 5,5 milyard dollar
2. "Yankis" (ABŞ, beysbol) - 5 milyard
3. "Niks" (ABŞ, basketbol) - 4,6 milyard
4. "Leykers" (ABŞ, basketbol) - 4,4 milyard
5. "Qolden Steyt" (ABŞ, basketbol) - 4,3 milyard
6. "Real" (İspaniya, futbol) - 4,24 milyard
7. "Nyu-İnqlend" (ABŞ, amerikan futbolu) - 4,1 milyard
8. "Barselona" (İspaniya, futbol) - 4,02 milyard
9. "Cayents" (ABŞ, amerikan futbolu) - 3,9 milyard
10. "Mançester Yunayted" (İngiltərə, futbol) - 3,81 milyard