"Qalatasaray" futbolçusu Maykonu satıb.
Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, 31 yaşlı müdafiəçinin 1 il yarımdır icarə əsasında çıxış etdiyi Ərəbistanın "Əl-Nəsr" klubuna birdəfəlik satmaq qərarı verib. "Qaltasaray" transferdən 1 milyon 430 min avro qazanıb.
Qeyd edək ki, Maykon "Qalatasaray"a 2017-ci ildə 8 milyon avro qarşılığında "San Paulo"dan keçmişdi.
Qol.az